Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Əməkdart artist Cavanşir Məmmədovun vəfatı həm sənət dünyasını, həm də onu sevənləri dərindən sarsıttı...

Ürəktutmasından dünyasını dəyişən sənətçinin dəfnində az adamın iştirak etməsi müzakirə mövzusuna çevrildi. Hətta bu məsələ çoxları tərəfindənq ınanıldı.

Maraqlıdır, niyə əksər məhşurların dəfnində insan sayı az olur? Bunun səbəbi nədir? Mövzu ilə bağlı aparıcı Elgiz Əkbər “Yeni Sabah”a danışıb. Aparıcı qeyd edib ki, sənət adamlarının dəfnində iştirak etmək lazımdır: “Bizdə sənət adamlarına layiq olduğu qiyməti vermirlər. Adamın mədəniyyət və incəsənət sahəsində xidmətləri var. Dünyasını dəyişib. Hər kəsin borcudur ki, onun dəfnində iştirak etsin. Bu səbəbdən həmin məsələdə üzrlü və üzrsüz səbəblər var. Mən efirdə idim. Xəbəri eşitdim, efir bitəndən sonra hüzr yerinə gəldim. Belə hesab edirəm ki, sənət adamlarının dəfnində iştirak etmək çox vacibdir”.

E.Əkbər bildirib ki, dəfn mərasimində iştirak etmək ölən adam üçün yox, bizim üçün vacibdir:

"Sənətkarların dəfnini təşkil etmək lazımdır. Azərbaycanda nə qədər qurum var. Bu cür işlər üçün də hər hansısa tədbirlər görülməlidir. Türkiyədə bu işlər yaxşı idarə olunur. Məhşurlardan kimsə vəfat edəndə nə qədər insan onun dəfninə toplaşır. Əsas isə həmkarlardır. Bizdə bu cür mərasimlərdə iştirak zəif olur. Dəfndə o qədər də insan olmur. "Üç" mərasiminə üstünlük verirlər. Ya da deyirlər ki, sonra gedərəm. Amma əsas vəfat etdiyi gündür. Həmin gün iştirak etmək lazımdır. Kənardan da nə isə deyiləndə xəcalət çəkməyək. Könül rahatlığı ilə deyə bilək ki, biz bu adamı son mənzilə yaxşı yola saldıq. Hər halda belə vəziyyətlərdə hər camiənin öz adamları var. Ancaq bunu təşkil etmək lazımdır. Bu təmtəraqlar bizə görədir. Onların dünyadan köçən adama heç bir xeyri yoxdur. Bu sənətə verilən qiyməti göstərir. Yoxsa 5 nəfərlə də bastırsalar eynidi, 3 nəfərlə də. Ölən adam bunu hiss etmir. Məşğul olduğu sahə üzrə əziyyətləri varsa, adamı hörmət və izzətlə son mənzilə yola salmaq vacibdir”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay